XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

09 İyun 2016 - 20:08

88 yaşlı Tailand kralı 70 ildir hakimiyyətdədir:Yubleyi qeyd olunur

tailand

Tailandın paytaxtı Banqkokda dünyanın ən çox müddətdə taxtda qalan kralı – Phumipon Adulyadetin hakimiyyətə gəlməsinin 70-ci ildönümü qeyd edilir.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bayram şənlikləri xəstəxanada yatan kralsız və tailandlılar tərəfindən uğurlu rəqəm sayılan 770 buddist rahibin başçılığı ilə keçirilir.

Kral sarayında dini ayinlərlə başlayan şənliklər bu axşam böyük sarayın yaxınlığında atəşfəşanlıqla davam edəcək. Krallığın rəngi sayılan sarıya boyanan küçələrdə sarı geyimli minlərlə insan şənliklərə dəstək verir. Sarayın xaricində Phumiponun krallığının 70-ci ildönümünə həsr olunan haşiyəyə alınmış sarı rəngli 70 bahtlıq (təxminən 3 manat dəyərində) xatirə banknotlarını satın almaq üçün uzun növbələr yaranıb.

Son illər vaxtının çox hissəsini xəstəxanada keçirən 88 yaşlı kralın bu gün bayramla əlaqədar xalqa müraciət etməsi gözlənilir.