XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 07:47

Dəfn mərasimindəƏrdoğana sayğısız münasibət göstərildi

defn

Əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasiminə qatılmaq üçün ABŞ-a yollanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərini yarıda kəsərək ölkəsinə geri qayıtmağa qərar verib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan cümə günü torpağa tapşırılacaq Məhəmməd Əlinin dəfninə qatılmayacaq. Cümə axşamı ahıska ürklərinin təşkil etdiyi iftar süfrəsindən sonra Türkiyəyə qayıdacaq. Buna səbəb Rəcəb Tayyib Ərdoğana qarşı edilən hərəkətin xoş qarşılanmaması olub. Məhəmməd Əlinin məzarı üstünə Kəbə örtüyündən bir parça qoymaq istəyən prezidentə inkar cavabı verilib. Bunu özlərinin edəcəklərini deyərək, parçanı Ərdoğandan alıblar. Ərdoğan və Din naziri Mehmet Görmezin Qurani-Kərimi oxumaq istəyinə də etiraz edən dəfnin təşkilatçıları Türkiyə prezidentinə qarşı hörmətsizlik edib. Bunu əsas gətirərək, Rəcəb Tayyib Ərdoğan səfərini yarıda qoyub geri qayıdacağını deyib.

Dəfn namazı qılınan zaman isə türkiyəli cangündənlərlə onların amerikalı həmkarları arasında qarşıdurma yaşanıb.

Bir neçə gün öncə Ərdoğanın Məhəmməd Əlinin vida mərasimində çıxış etməyəcəyi də deyilib. Boksçu ailəsinin sözçüsü Bob Qunnell çıxış edəcək şəxslər siyahısında xaricdən gələn qonaqlara və o cümlədən prezident Ərdoğan və İordaniya kralı II Abdullahın çıxışlarının proqramdan çıxarıldığını bildirib.