Sudanın şərqində zəvvarları daşıyan avtobus sistern maşını ilə toqquşub. Nəticədə 32 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
ANS PRESS-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, qəza paytaxt Xartum və Port-Sudan şəhərlərini birləşdirən magistral yolda baş verib. Qəzanın məhdud görünmə şəraitində olduğu bildirilir.
Kiçik həcc ziyarətinə yollanın zəvvarlar Səudiyyə Ərəbistanına gedirdilər.