XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 08:12

Bolqarıstan:Rusiya Avropa və NATO-ya uduzdu

bolqar

Bolqarıstan XİN rəhbəri Daniel Mitov hesab edir ki,  Rusiya Avropa ilə iqtisadi, NATO ilə isə hərbi yarışmada məğlub olub.

Strateq.az APA-ya isnadən bildirir ki, Daniel Mitov bu sözləri ötən gün Rusiya-Avropa münasibətləri mövzusunda “dəyirmi masa”da çıxışında deyib.  

“Sovet İttifaqı süquta uğradıqdan bəri Rusiya fövqəl dövlət rolunu bərpa etməyə çalışır və bunun üçün apardığı fəal xarici siyasət ölkənin iqtisadi potensialına çox vaxt uyğun gəlmir.  Lakin Rusiya artıq həm Avropa ilə iqtisadi yarışmanı uduzub, həm də NATO ilə hərbi rəqabətdə  məğlub olub”, – deyə Mitov qeyd edib. 

Bolqarıstan XİN rəhbəri qeyd edib ki, Mərkəzi və Şərqi Avropa Şərqin ambisiyalarının və Qərbin imkanlarının rəqabət arenasına çevrilib.