“Moskva Qərblə əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır”.
Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin beynəlxalq iqtisadi forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq davam etdriləcək. “Yeni qlobal yüksəliş mərkəzlərinin fəaliyyətinə baxmayaraq biz ənənəvi qərb tərəfdaşlarımızla dialoqu diqqət mərkəzində saxlayırıq. Bunu azaltmaq niyyətində deyilik”deyə Putin vurğulayıb.
Prezidentin sözlərinə görə, Rusiya iqtisadi, elmi, humanitar sahədə əməkdaşlıq üçün açıqdır.