XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 09:18

Aktobada 5 iyun teraktını törədənlərlədöyüş gedir

spes

Qazaxıstanın qərbində Aktoba şəhərində güc qurumları 5 iyun teraktına dəxli olanları saxlamaq üçün xüsusi əməliyyat keçirdir.

Strateq.az qazax nəşrinə isnadən bildirir ki, yaraqlılar silahlı müqavimət göstərirlər.

“Diapozon” yazır ki, gecədən başlanan xüsusi əməliyyat “Pantera” mağazası rayonunda davam edir. Altınsarin küşəsindən Jankoja Batıradək ərazi bağlanıb, “Moskva” rayonu mühasirədədir.

Qaynağın məlumatına görə, atəş səsləri gecə saat 2-dən eşidilir. Çoxmərtəbəli mənzillərin sakinləri köçürülüb, özəl sektorun sakinləri evlərindən buraxılmır.

Tengrinews.kz “Moskva” rayonunun sakini Annaya isnadən bildirir ki, terrorçulardan biri öldürülüb.

Ölkə Milli Təhlükəsizlik Komitəsinin rəsmi saytı yazır: “Terrorçular təslim olmaq təklifinə silahlı müqavimətlə cavab verdilər. Əməliyyat davam edir, nəticələr haqda əlavə məlumat veriləcək”.