XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 11:24

Aktobada dörd terrorçuöldürüldü

Aktoba

Qazaxıstanın Aktoba şəhərində keçirilən xüsusi əməliyyatın gedişində silah mağazaları və hərbi hissəyə hücuma dəxli olan dörd terrorçu məhv edilib.

Strateq.az EurAsia Daily-yə isnadən xəbər verir ki, respublika Milli Təhlükəsizlik Komitəsi bildirib: “Əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuların Nekrasov küçəsində yerləşdikləri mənzil müəyyən edildi. Terrorçular danışıqların gedişində könüllü təslimdən imtina edərək atəş açdılar. Xüsus təyinatlı qüvvələrin keçirdiyi hücumda mənzildəki dörd terrorçu məhv edildi. Eyni zamanda Myasoyedov və Arınov küçələrinin kəsişməsində terrorçuların şəriyi polisin patrul ekipajına atəş açdı və cavab atəşi ilə öldürüldü”.

Qurumun məlumatına görə, iki polis yüngül yara alıb, dinc əhali və guc qurumları arasında ziyan çəkən olmayıb.