XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 13:31

PKK İstanbuldakı terror aktının məsuliyyətini özüzərinə götürdü

istanbul

İstanbulda törədilmiş partlayışa görə kürd yaraqlı qrupu məsuliyyəti üzərinə götürüb.

Qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) qanadı olan Kürdüstan Azadlıq Qırğıları (TAK) qruplaşması bildirib ki, iyunun 7-də hücumu o törədib. Həmin hücumda 11 nəfər həlak olub.

Hücum zamanı İstanbulun mərkəzində polis avtobusu hədəfə alınmışdı.

İyunun 10-da vebsaytına yerləşdirdiyi bəyanatda TAK bunun intiharçı hücumu olduğunu bildirib.

Strateq.az