XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

10 İyun 2016 - 14:36

FTX-da gurultulu istefalar:Məxfi xidmətin 3 generalı istefa verdi

fsb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir neçə yüksək rütbəli rəhbəri tutduqları vəzifədən istefa verdikləri barədə raport yazıblar.

Straeq.az bildirir ki, FTX-nın “P”, “T”  və “K” idarələrinin rəisləri istefa ərizələrini FTX rəhbərinə təqdim ediblər.

Xüsusi xidmətdəki mənbə “Rosbalt” Agentliyinə bildirib ki, bu xidmətlər İqtisadi Təhlükəsizlik Xidmətinin əsasını təşkil edir. “P” idarəsi sənaye müəssələrində əks-kəşfiyyat xidmətinin təşkili ilə məşğuldur. “T” idarəsi öz növbəsində nəqliyyatda, aviasiya şirkətlərində əks-kəşfiyyatı kurasiya edir. “K” idarəsi isə bank sahəsinə, büdcə vəsaitlərinə nəzarət edir.

FTX-nın bütün iqtisadi bloku vəzifələrini tərk edir. İstefa səbəbləri son zamanlar üzə çıxan qalmaqallı biznes hadisələri ilə bağlıdır”,- deyə mənbə vurğulayıb.