Barak Obama ABŞ-dakı irqçilikdən danışdı

İrqçilik ABŞ üçün ciddi təhlükədir. Bu barədə Amerika prezidenti Barak Obama San-Fransiskoda ölkə şəhərləri merlərinin konfransında çıxışı zamanı bildirib.
“İrqçilik hamımızın birgə mübarizə aparmalı olduğumuz hədə olaraq qalır. Biz böyük tərəqqi əldə eləmişik, ancaq yenə ayıq olmalıyıq, çünki o (irqçilik) hələ də qalır. Və qaldıqca da bizim gəncliyin şüurunu zəhərləyir, bizim ideallarımıza xəyanət edir və bizim demokratiyanı hissələrə bölür” – deyib prezident.
Qeyd edək ki, iyunun 17-də ağ dərili amerikalı Dilan Ruf irqi nifrət zəminində çarlston şəhərinin kilsələrinin birində 9 afroamerikalını güllələyərək qətlə yetirib. ölkənin Ədliyyə Nazirliyi hadisəni terror aktı kimi qiymətləndirir.