XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 Mart 2015 - 11:23

Merkel Ukraynaya xatir Qələbə paradına gəlməyəcək

Kanslerin Moskva səfəri “Ukrayna hökumətinə həqarət” kimi dəyərləndirilə bilər

Картинки по запросу merkel

AFR kansleri Angela Merkel mayın 9-da Moskvada keçiriləsi Böyük Vətən Müharibəsinin 70 illiyinə həsr edilmiş parada qatılmayacaq.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, bu cür qərarın səbəbi Ukraynadakı münaqişədən qaynaqlanır. çünki kanslerin Moskva səfəri “Ukrayna hökumətinə həqarət” kimi dəyərləndirilə bilər.

Eyni zamanda bildirilir ki, Merkel güzəştli həll tapıb və guya prezident Putinə təklif edib ki, Naməlum Əsgərin Məzarına gül qoymaq üçün Moskvaya mayın 10-da gəlsin.

Bu məlumatı Berlində rəsmən təsdiqləməyiblər.

Qeyd edək ki, əvvəllər mayın 9-da Moskvaya səfərdən ABŞ, Polşa, İsrail, Litva, Latviya və Estoniya prezidentləri imtina ediblər. Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Olland bu suala həllik qəti cavab verməyiblər.