XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 09:21

Futbol üzrə 2016-cı ilAvropa çempionatı rəqəmlərdə

eyfel

Avropanın ən böyük fuftbol çempionatı rəqəmlərdə də ifadə olunur. Strateq.az El Pais nəşrinə istinadən ən maraqlı rəqəmləri təqdim edir. Avropa çempinoatının final oyunlarında 1996-cı ildən bəri 16 deyil, 24 yığma iştirak edir. İndiki çempionatda 51 oyun, yəni 2012-dəkindən 20 oyun çox  oynanılacaq. Çempionatın oyunlarını keçirmək üçün Fransanın sərəncamında 10 stadion var. İlk və yekun oyun Paris civarındakı Sen Deni şəhərinin  Stade de France stadionunda oynanılacaq.

Azarkeşlər 2,5 milyard nəfərdir. Fransa Avropa çempinotaını üçüncü dəfə keçirir. O, artıq 1960 və 1984-cü illərdə bu cür idman hadisəsinin  sahibi olub.  O zaman SSRİ və Fransa qalib gəldi.

Hər görüşə birbaşa translyasiya ilə televizorda orta hesabla 15 milyard adam baxacaq. Daha bir o qədər adam görüşləri sosial şəbəkələrdə izləyəcək. Twitter və Facebook görüşlərə baxmaqdan ötrü özəl səhifələr yaradıb.

Çempionatın keçirildiyi yerlərdə və ətraf ərazilərdə hüquq-mühafizə orqanlarının 75 min əməkdaşı təhlükəsizliyi təmin edəcək. Onlar metal detektorlardan istifadə etməklə tamaşaçıları yoxlamaq hüququna sahibdir. Əl yükü ilə giriş qadağandır.

Görüşlərin teletranslyasiyasından 10 milyard avro qazanmaq nəzərdə tutulur. Bilet satışı və mehmanxanalara yerləşməkdən 500 milyon avro əldə edilməsi gözlənilir. Biletlərin qiymətləri 25-895 avro arasında dəyişir.