XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 14:28

Liviya ordusu İŞİD-in əsas istehkamlarından birinigeri aldı

Liviya ordusu şiddətli döyüşlərdən sonra Sirt şəhərini İŞİD-dən geri alıb.

BBC xəbər verir ki, devrilmiş lider Müəmmar Qəddafinin doğma şəhəri olan Sirt İraq və Suriyadan sonra İŞİD-in ən mötəbər istehkamı sayılırdı.

Şəhərin azad edilməsi üçün əməliyyata may ayında başlanılmışdı. Liviya ordusunun generalı Məhəmməd Qusri bildirir ki, hazırda İŞİD qüvvələrinin əsas hissəsi Sirti tərk edib və cənubdakı səhralığa doğru hərəkət edir. Daha bir qrup isə şəhərin mərkəzində mühasirəyə alınıb.

İŞİD Sirt şəhərini ötən il ələ keçirmişdi. "Human Rights Watch"un məlumatına görə, cihadçılar casusluq və küfr kimi müxtəlif ittihamlara görə onlarla şəhər sakinini qətlə yetiriblər.