XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

11 İyun 2016 - 17:51

İsrail terrorunda həlak olan bakılı Mila Mişiyevadəfn olundu

İyunun 8-də Tel-ƏIvivdə, “Sarona” ticarət mərkəzi rayonunda yerləşən Müdafiə Nazirliyi və Baş Qərargah binaları kompleksinin qarşısında dəhşətli terror aktında həlak olanların biri əslən Bakı şəhərindən olan 32 yaşlı Mila Mişiyevadır.

O, 25 il əvvəl valideynləri ilə birlikdə İsrailə köçüb. Ailə Aşkelon şəhərində yerləşib. Dəfn mərasimi də elə burada keçirilib.

Mila ilə vidalaşmağa təkcə qohumları və dostları gəlməyib. Vida mərasimində şəhər sakinləri ilə yanaşı Aşkelonun meri İtamar Şimoni də iştirak edib.

“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vida mərasimində “Azİz” tərəfindən direktorluğun üzvləri – Absorbsiya Nazirliyinin Akko şəhərində əslən Qafqazdan olanlarla iş üzrə layihəsinin əlaqələndiricisi Rauf Ağalarov və “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov iştirak ediblər. Onlar “Azİz” Assosiasiyası və Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu (STMEQİ) adından əklillər qoyublar(azərtac).