XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

20 İyun 2015 - 10:25

ABŞ Ben Ladenin oğluna atasının ölüm şəhadətnaməsini verməkdən imtina edib

ben laden.jpg

“Əl-Qaida”nın lideri Usama Ben Ladenin oğlu Abdulla ABŞ hakimiyyətinə sorğu ilə müraciət edərək atasının ölümünü təsdiq edən şəhadətnamənin verilməsini istəyib.

Strateq.az bildirir ki, bu barədə “Vikiliks”saytında dərc olunmuş sənədlərdən məlum olub.

“Vikiliks” Səudiyyə Ərəbistanı XİN-inə aid 70 min sənədi açıqlayıb. Bunların içində məxfi sənədlər də var. Həmin səhədlərin içində ABŞ-ın Əl-Riyaddakı konsulu Qlen Kayzerin 2011-ci ilin 9 sentyabrında Ben Ladenin oğluna göndərdiyi məktub aşkar edilib.

“Sizin atanızın ölümünü təsdiq edən şəhadətnamə istəməyiniz barədə sorğunuzu aldım. ABŞ Dövlət Departamenitinin hüquq şöbəsindən bildirilib ki, Usama Ben Ladeinin ölümü ilə bağlı ölüm şəhadətnaməsi çıxarılmayıb. Bu hərbi əməliyyat zamanı mülki şəxsin öldürülməsi praktikası üçün adi haldır” – deyə sənəddə vurğulanıb.

Xatırladaq ki, Əl Qaidə lideri 2011-ci il mayın 2 – də öldürülüb.

X. SƏFƏRLİ