XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 11:48

Erməni veteran: “Ölkəmiz boşalır”

“Həyatımızı vətənə qurban veririk, sonra ora gedəndə bizi öldürməyə çalışırlar”

Картинки по запросу армянский ветеран карабахской войны

Qarabağ müharibəsinin daha bir veteranı təltiflərdən imtina edib.

Strateq.az Ermənistan KİV-nə əsasən xəbər verir ki, Araik Xandoyan əvvəllər aldığı medal və mükafatlardan imtina edib. O bunu yanvarın 31-də Berdzor yaxınlığında baş vermiş insidentlə əlaqələndirib:

“Qarabağ müharibəsində döyüşmüş bir insan və Ermənistan vətəndaşı kimi Berdzorda baş verənlərə laqeyd qala bilmərəm. Mən də bu mükafatlardan imtina etmiş dostlarıma qoşuluram”.

Xandoyan Berdzorda Qarabağ müharibəsi veteranlarının döyülməsindən hiddətlənib: “Necə olur ki, həyatımızı vətənə qurban veririk, sonra ora gedəndə bizi öldürməyə çalışırlar? Biz sadəcə qarabağlıları xəbərdar etmək istəyirdik ki, ölkəmiz boşalır və sərhəddə durmuş əsgərimizin arxasında daha erməni xalqı yoxdur”.