XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 02:24

Qazaxıstanda xüsusi əməliyyat:Aktobedəki basqında əli olan 2 nəfər saxlanıldı

aktobe

Qazaxıstanın Aktobe şəhərində keçirilən xüsusi əməliyyat zamanı 2 terrorçu saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin saytında dərc olunmuş məlumatda bildirilir.   

“Qazaxıstanın Antiterror Mərkəzi bildirir ki, Aktyubinsk vilayəti terrorçuluqla mübarizə əməliyyat qərargahı barələrində axtarış elan olunmuş terrorçular B.Kuanışbayev və A.Akpanbetovu saxlayıb”, – deyə məlumatda bildirilir.

Məlumata görə, əməliyyat zamanı dinc sakinlərdən xəsarət alan olmayıb.

Bundan əvvəl Qazaxıstanın polis və xüsusi xidmət orqanlarının Aktobe şəhərində silah dükanları və hərbi hissəyə hücum etməkdə şübhəli bilinən 6 nəfərin axtarışını davam etdirdiyi bildirilmişdi.

Qeyd edək ki, iyunun 5-də Aktobe şəhərində baş vermiş silahlı insident nəticəsində 3-ü hərbi qulluqçu olmaqla 7 nəfər ölüb. Ümumilikdə, tibb müəssisələrinə 38 nəfər müraciət edib. Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən antiterror əməliyyatı nəticəsində 13 cinayətkar məhv edilib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev iyunun 9-nu milli matəm günü elan edib.