XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 08:54

ABŞ 11 sentyabr teraktına görə Ər-Riyada qarşısübut tapa bilmədi

11 sent

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının 11 sentyabr teraktına dəxli olduğu barədə sübutlar tapmayıb.

Strateq.az xarici nəşrə isnadən xəbər verir ki, bunu ABŞ MKİ rəhbəri Con Brennan bildirib. MKİ başçısı “Əl-Ərəbiyyə” telekanalına deyib: “11 sentyabr teraktını araşdıran komissiya Səudiyyə hökumətinin və yaxud ayrı-ayrı yüksəkçinli şəxslərin teraktı şəxsən dəstəklədiyinə işarə edən sübutların olmadığı qənaətinə gəlib”.

Amerika hökuməti əvvəllər Ər-Riyadın 11 sentyabr teraktını təşkil etmiş terrorçulara dəstəyindən şübhələnirdi. ABŞ senatı hətta “Terrorizm sponsorlarına qarşı ədalət” adlı sənəd də qəbul etmişdi. Terror qurbanlarının qohumları bu sənəd əsasında Səudiyyə hökumətini məhkəməyə cəlb edə bilərdi.