XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 10:38

Ötən il əcnəbilər Yaponiyaya axın edib- Rekord sayda viza

Yaponiya Çin vətəndaşlarının bu ölkəyə bazarlıq məqsədilə səfərlərinin artması fonunda 2015-ci ildə əcnəbilərə rekord sayda viza verib.

Yaponiya Xarici İşlər Nazirliyinin bu barədə yaydığı məlumatda bildirilir ki, ölkənin səfirlikləri və konsulluq idarələri tərəfindən 2015-ci ildə 4 milyon 760 min viza verilib ki, bu da əvvəlki illə müqayisədə 66 faiz çoxdur.

Ümumilikdə verilmiş vizalaraın 79 faizi Çindən gələn turistlərin payına düşür, sonrakı yerlərdə Filippin və İndoneziya vətəndaşları gəlir. Yaponiya Çin vətəndaşlarının ölkəyə gəlməsi üçün viza şərtlərini daim sadələşdirir.

Nazirlikdən bildirilib ki, yenin aşağı qiyməti və iki ölkə arasında aviareyslərin ucuz olması əsasən bazarlıq üçün Yaponiyaya gələn Çin vətəndaşlarının sayının artmasına səbəb olub(azərtac).