XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 11:11

İki ölkədəzəlzələ oldu

İyunun 12-də səhər saatlarında Yaponiyada 5 bal gücündə zəlzələ baş verib. Ölkənin Milli Meteorologiya İdarəsinin yayadığı məlumata əsasən, zəlzələnin episentri Tokionun qonşuluğunda yerləşən İbaraki prefekturasında, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb. Zəlzələ zamanı bir neçə qısamüddətli kəskin təkanlar hiss olunub ki, bu da onun episentrinin quruda yerləşdiyini deməyə əsas verir.

Yeraltı təkanlar mərkəzi Hönsü adasının Çiba, İbaraki və paytaxt regionu da daxil olmaqla 14 prefekturasında hiss olunub.

İyunun 12-də gecə saatlarında Gürcüstan ərazisində də zəlzələ baş verib.

Respublika seysmoloji xidmət mərkəzindən Azərtac-a verilən məlumata görə, 3 bal gücündə yeraltı təkanlar yerin 3 kilometr dərinliyində qeydə alınıb.