Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) adi uçuş həyata keçirən hərbi vertolyotun qəzaya uğraması nəticəsində pilot və köməkçi pilot həyatını itirib.
Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, vertolyotun modeli və düşdüyü yerə dair rəsmi qurumlar tərəfindən ətraflı məlumat verilməyib.
Qeyd edək ki, BƏƏ-də mayın 15-də də təlim uçuşu zamanı hərbi vertolyot qəzaya uğramış, pilot və təlimçi həyatını itirmişdi(azərtac).