XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

12 İyun 2016 - 20:15

Moldova prezidenti:“Rusiyaya qarşı sanksiyalara davam!”

Moldova'dan ABD’ye 'Rusya yaptırım' çağrısı

 

Moldova prezidenti Nicola Timofti, Avropa Birliyi və ABŞ-ı Rusiyaya qarşı sanksiyaları uzatmağa çağırıb.

Strateq.az Krım türklərinə aid olan QHA agentliyinə istinadən xəbər verir ki, dünən Çexiya baş naziri Bohuslav Sobotka ilə keçirdiyi görüşdən sonra Nicola Timofti Kremlin rus separatçılarını qızışdırıb qarşıdurmaya səbəb olduğu "ilk təcrübəsi"ni Moldovada sınaqdan çıxartdığını xatırladıb.

Açıqlamasında Rusiyanın Dnestryanı bölgəsində separatçıları dəstəkləməsinin səbəbinə aydınlıq gətirən Timofti deyib: "Rusiya, Moldova üzərindəki təsirini qorumaq istəyir və bu da ölkəmizin Avropa Birliyi ilə yaxınlaşmasına ciddi mane olur".

Prezident bu səbəblərdən də Avropa Birliyi və ABŞ-ın sanksiyalarına ehtiyac duyulduğunu qeyd edib.