XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 12:23

Xodorkovskinin mətbuat katibinin qapısının ağzında matəm əklili

Pispanen bunu ciddi təhdid kimi qəbul etmir

Naməlum adamlar Mixail Xodorkovskinin mətbuat katibi Külle Pispanenin qapısının ağzına matəm əklili qoyublar.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, o bu barədə öz “Facebook” səhifəsində yazıb.

Pispanen mətbuata deyib ki, bunu öz ünvanına ciddi təhdid kimi qəbul etmir və ola bilsin ki, əklil onun üçün nəzərdə tutulmayıb.

Xatırladaq ki, Boris Nemtsovun qətlindən sonra ekspertlər sırada Xodorkovski və Kseniya Sobçakın olduğunu ehtimal edirlər. Buna görə də əklil faktını təsadüf hesab etmək olarmı?