XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 07:12

İŞİD ABŞ-da törədilən terror aktının məsuliyyətiniüzərinə götürdü

 

gey bar

Dünya mediası ABŞ-ın Florida ştatındakı Orlandoda gey kluba 50 nəfərin ölümü ilə nəticələnmiş basqınla əlaqədar məyyən təfərrüatlardan yazır.

Bu məlumatlardan bəzilərində deyilir ki, “ABŞ tarixində ən pis qətliamın” ardınca özünü İŞİD adlandıran təşkilat əfqan əsilli 29 yaşı ABŞ vətəndaşı Ömər Mətinin hücumunu alqışlayıb.

Bir sıra başqa mənbələr bunu İŞİD-in aksiya üçün məsuliyyəti öz üzərinə götürməsi kimi qiymətləndiriblər.

Prezident Barack Obama Ağ Evdən etdiyi çıxışda deyib ki, təhqiqat erkən mərhələsində olsa da, hadisənin “terror və nifrət aktı” olduğunu söyləməyə əsas var: “Bir amerikalı kimi biz kədər də, hiddətdə də, xalqımızı qorumaq əzmində də birlikdəyik”.

Daha təfərrüatlı bəzi xəbərlərə görə isə Mətin basqını törətməzdən əvvəl 911 təcili xidmətinə zəng edərək özünün İŞİD-ə sədaqətini bildirib.

İŞİD özünün rəsmi Amaq xəbər agentliyinin saytında yaydığı bəyanatda bildirir ki, Orlandoda LGBT gecə klubuna 100 nəfəri öldürmüş və yaralamış hücumu “təşkilatın döyüşçüsü” icra edib.

“Time” yazır ki, sözügedən mesaj anonimdir.

NBC News və New York Times Ömər Mətinin hücumdan əvvəl 911 xidmətinə zəng edərək İŞİD-ə sədaqət andı içdiyi barədə xəbərlər yayıb.