İranın neft terminalları şirkətinin icraçı müdiri Piruz Musəvi iki ilədək İranın sifariş əsasında neft istehsal edəcəyindən xəbər verib.
İRİB-nin verdiyi məlumata görə, Piruz Musəvi deyib ki, İranda sifariş əsasında neftin istehsalı layihəsinin icrası istiqamətində bir Avropa şirkəti iştirak edir.
Bu layihə icrası zamanı müştərinin sifariş verdiyi neft müxtəlif neft növlərinin qarışığı yolu ilə istehsal ediləcək. Musəvinin sözlərinə görə, neft terminallarında sifariş verilən xam neftin hazırlanması və neftayırma zavodunun istədiyi neftin təhvil vermə qabiliyyəti böyük üstünlük hesab olunur və belə bir imtiyaz neftayırma zavodları tərəfindən yüksək qiymətləndirilir.