XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 07:46

Pribaltika və Polşa Rusiya raketlərinə qarşı yenihərbi alyans yaradır

polsa raket

Üç Baltik ölkəsi və Polşanın Rusiya təyyarələrindən qorunmaq məqsədilə regional raketdən müdafiə qalxanı yaradacağı bildirilir. Məlumatlara görə, bu ölkələr artıq podratçılarla müzakirələrə başlayıblar.

İyunun 12-də “Financial Times” Litvanın Müdafiə naziri  Joas Olekasa istinadla yazıb ki, Estoniya, Latviya, Litva və Polşa bir-birilə “müzakirələr” aparır, məqsəd regional havadan müdafiə sistemi yaratmaqdır.

Olekas deyib ki, NATO-nun üzvü olan bu 4 ölkə sistemin 2-3 ilə işə düşəcəyinə ümid edir.

Həmin ölkələr dəfələrlə sərhədləri yaxınlığında və Rusiyanın Kalininqrad vilayətində Rusiya əsgərlərinin yığışmasından narahatlıq bildiriblər.