XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 06:28

Rus yazıçısı: “Rusiya yenidən dəmir pərdəyə bürünür”

Rus yazıçısı və müxalifət xadimi Lyudmila Ulitskaya öz ölkəsinin gələcəyini qaranlıq görür.

Strateq.az Rosbalt.ru-ya istinadən bildirir ki, yazıçı ölkəyə yenidən “dəmirdən pərdə” salındığını söyləyib: “Əksəriyyətimizin Avropanı öz gözlərilə gördüyü vaxtdan heç 25 il də keçməyib. Əvvəllər dəmir pərdə buna imkan vermirdi. Və budur, təəssürat yaranır ki, bu pərdə yenidən salınır”.

72 yaşlı yazıçının dediyinə görə, “çoxları ölkədən gedir. Xüsusən də Rusiyada nəyisə dəyşə biləcək adamlar. Buna görə də ölkənin gələcəyi qaranlıq görünür. Bu gün ölkədə baş verənlərə görə mühakimə yürütsək, yaxşı heç nə gözləmək mümkün deyil”.

Yazıçı buna ümid edir ki, “Bəlkə də, möcüzə baş verər və bizim bugünki ehtimallarımız doğrulmaz”.