XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

13 İyun 2016 - 10:07

Aktoba sakini öz adını öldürülmüş terrorçuların siyahısında gördü:“Mən sağam!”

aktobali

Aktoba sakini Daniyar Uaysov Instagram-da aktobe_zello səhifəsində videomüraciət yayıb və KİV, internet nəşrlərindən “yanlış məlumat yaymağa görə” üzr tələb edib.

Strateq.az Tengrinews.kz-ə isnadən bildirir ki, o deyib: “Hörmətli qazaxıstanlılar! Mən – Uaysov Daniyar Ramazanulı Aktoba şəhərinin sakiniyəm. 2016-cı il iyunun 12-də bütün KİV-də və hüquq-mühafizə orqanlarının məlumatlarında xəbər yayıldı ki, mən Aktobada hücum haqda məsələ üzrə öldürülmüş bandit terrorçuların siyahısındayam. Lakin özünüz görürsünüz ki, mən bu videonu çəkirəm və sağ-salamatam”.

Gənc oğlan bu səbəbdən də bütün KİV, internet nəşrləri və qurumlaradan üzr istəmək tələb edib.