"Böyük Britaniyanın Avropa Birliyindən çıxması 7 ildən tez başa gəlməyəcək".
Bunu Almaniyanın “Bild” qəzetinə müsahibəsində Avropa Şurasının rəhbəri Donald Tusk söyləyib.
Onun sözlərinə görə, Britaniyanın İttifaqdan çıxması üçün AB-nin digər 27 ölkəsinin də razılıq verməsi gərəkdir. O, bu prosesin uğurlu olacağına inanmadığını bildirib(Axar.az).
Qeyd edək ki, Britaniyanın Avropa Birliyindən çıxması üçün referendum 23 iyunda baş tutacaq.