XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 12:51

Baş Qərargahın keçmiş rəhbəri danışdı

Mixail Ulyanov: “Bu addım Avropanın hərbi-siyasi landşaftına təsir etməyəcək”

Rusiya silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, ordu generalı Yuri Baluyevski hesab edir ki, Rusiyanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin (AASQM) Ortaq Məsləhətləşmələr Qrupunda (OMQ) iştirakını dayandırmasının səbəbi Müqavilə üzrə tərəfdaşların hərəkəti olub.

Strateq.az Rusiya KİV-ə isnadən bildirir ki, general deyib: “Müqavilə üzrə tərəfdaşlarımız, yumşaq desək, tam əl-qol açıblar, heç bir siyasi, hərbi, əməliyyat məqsədəuyğunluğu olmadan əvvəlcə hərbi təlim adı altında qoşun çıxardırlar, lakin əminəm ki, onlar Baltikyanı dövlətlərin ərazisində, Polşada qruplaşmalar yaradırlar və ağır texnikanın əksəriyyəti bu dövlətlərin ərazisində qalacaq”.

Onun sözlərinə görə, iclaslarda iştirakın dayandırlması Rusiyanın faktiki olaraq bu Müqavilədən çıxması deməkdir.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Moskvanın belə qərarı alyansı məyus edib.

RF XİN silahların yayılmaması və üzərində nəzarət departamentinin direktoru Mixail Ulyanov deyib ki, Rusiyanın bu addımı Avropanın hərbi-siyasi landşaftına təsir etməyəcək.

Qeyd edək ki, xarici işlər naziri Sergey Lavrov hələ ötən ilin noyabrında demişdi ki, Rusiya Müqavilənin yerinə yetirilməsinə qayıtmaq niyyətində deyil və onu “ölü” hesab edir.