XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 12:03

Mosulu xilasetmə əməliyyatının vaxtı bilindi

çoxdan bəri İraqdakı bütün silahlı qüvvələrin birgə əməliyyatla Mosulu İŞİD işğalından azad edəcəyi gözlənilsə də, müxtəlif səbəblərdən bunu reallaşdırmaq mümkün olmurdu. Gah İŞİD-in başqa regionlara hücumları, gah da müttəfiqlər arasındakı anlaşılmazlıq bu arzunu həyata keçirməyə imkan vermirdi.

Ən son olaraq əməliyyatın bu ay keçirilməsi planlaşdırılmışdı. Buna isə ABŞ Silahlı Qüvvələri imkan vermədi. İraq ordusunun əməliyyata hazır olmadığını səbəb göstərən Pentaqon İraq qüvvələrini bu işdən yayındırdı.

Strateq.az bildirir ki, bu gün İraqdan gələn xəbərlər gözlənilən əməliyyatın avqust ayında reallaşdırılacağına qərar verildiyini ortaya qoyur. Mosul Təhlükəsizlik Məslisinin üzvü Məhəmməd İbrahim Şimali İraq muxtariyyətinə bağlı olan rudaw.net-ə verdiyi açıqlamada sözü gedən əməliyyatın genişmiqyaslı olacağını vurğulayıb. Onun fikrincə, Mosulun qurtarılmasında kürd qüvvələriylə yanaşı, İraq ordusu və minlərlə şiə könüllüləri də iştirak edəcək.

Strateq.az