XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

21 İyun 2015 - 15:02

“Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” layihəsini hazırlamaqla səhv etdi” –MÖVQE

avropa serq.jpg

“Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramını hazırlaması səhv idi və bu ritorika Ukraynada bu gün müşahidə etdiymiz nəticələrə gətirdi”.

Strateq.az bildirir ki, bu sözləri Rusiya baş nazrinin birinci müavini İqor Şuvalov Perterburqdakı iqtisadi forumda bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, Rusiya Avropa İttifaqı ilə ümumi iqtisadi məkan formalaşdıracaq “Böyük Avropa” ideyasından imtina etməyib.

Şuvalov deyib ki, 2005-ci ilə qədər Avropa İttifaqı ilə Rusiya arasında ümumi iqtisadi və humanitar məkanın formalaşdırmağa yanaşma tamam başqa idi. Hətta bu əməkdaşlıq üçün “yol xəritəsi” layihəsi hazırlanmışdı və Putin bunu “Lissabondan Vladivastoka qədər uzanan böyük Avrasiya” adlandırmışdı. Lakin Joze Manuel Barrozu və onun komissarları Avropa Komissiyasına rəhbərlik etməyə başladıqdan sonra bu siyasət dəyişdi: “Avropa Komissiyası bəyan etdi ki, Avropa Rusiyadan bu qədər asılı ola bilməz”.

Şuvalov qeyd edib ki, Rusiya bu gün də “böyük Avropa” ideyasını dəstəkləyir.

Xatırladaq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı altı postsovet ölkəsi ilə – Ukrayna, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla inteqrasiyanı nəzərdə tutan layihədir.

Strateq.az