XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 08:51

Bişkekdə qaz çəni olan maşının partlaması nəticəsində həlak olanların sayıbeşə çatıb

biskek qaz

İyunun 6-da Bişkekdə yük maşınları dayanacağında üzərində qaz çəni olan avtomobilin partlaması nəticəsində yaralanan 14 nəfərin beşi dünyasını dəyişib. Bundan əvvəl iki nəfərin ölümü ilə bağlı məlumat verilmişdi.

Yaralıların aparıldığı mərkəzin baş həkimi Almaz Kubatbekov bildirib ki, ağır yanıq diaqnozu ilə xəstəxanaya gətirilən bir neçə nəfərin vəziyyəti ağırdır.

Xatırladaq ki, partlayış nəticəsində beş maşın tamamilə yanıb, dayanacağa ciddi ziyan dəyib.

Qırğızıstan Prezidenti Almazbek Atambayev qəzada həlak olanların ailələrinə başsağlığı verib. Qəzada ölənlərin və xəsarət alanların ailələrinə maddi yardım göstərilib.