XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 10:40

Tramp bu ölkə vətəndaşlarını ABŞ-a buraxmayacağınıaçıqladı

tramp-44

ABŞ-da respublikaçıların prezidentliyə mümkün namizədi Donald Tramp yenə miqrantlardan danışıb.

O, bu dəfə müsəlmanların Birləşmiş Ştatlara daxil olmasıyla bağlı mövqeyini lap sərtləşdirib. Tramp deyib ki, qadağası Əfqanıstan, Pakistan və Suriyadan olanları hədəfə alacaq.

İyunun 12-də Florida ştatında gey kluba hücumda 49 nəfər öldürülüb. Tramp bir gün sonra milli təhlükəsizliklə bağlı çıxışında deyib ki, prezidentliyin verdiyi səlahiyyətdən yararlanaraq “sübuta yetirilmiş terrorçuluq tarixçəsi olan” ölkələrdən müsəlmanların ABŞ-a gəlməsini müvəqqəti qadağan edər.

Trampın sözlərinə görə, immiqrasiya qadağası o vaxtadək davam edəcək ki, “ölkəmizə gələn bu şəxsləri lazımınca yoxlamadan keçirə bilək. Onlar axınla gəlirlər və nə etdiklərini də bilmirik”.

Tramp vurğulayıb ki, Floridada qətl törətmiş 29 yaşlı Ömər  Mətinin valideynləri Pakistandan, həyat yoldaşı və onunla birlikdə atəş açmış qadın isə Səudiyyə Ərəbistanından olub. Onun sözlərincə, ABŞ-ın müttəfiqləri olan bu ölkələr həmin immiqrasiya qadağasına məruz qalacaq.