XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 04:53

Sabah Türkiyədə andiçmə mərasimi keçiriləcək
Sabah TBMM-də andiçmə mərasimi keçiriləcək
Sabah Türkiyə Böyük Millət Məclisi (TBMM) ən uzun iş günlərindən birinə başlayacaq. ANS PRESS-in məlumatına görə, Dəniz Baykal TBMM-nin ən yaşlı üzvü kimi parlamentin spikeri Cəmil çiçəkdən vəzifəni təhvil götürəcək. Saat 14.00-də Anıtkabirə əklil qoyacaq Baykal daha sonra saat 15.00-də TBMM-nin ilk iclasını idarə edəcək.
Sabah keçiriləcək iclasda 550 millət vəkili tək-tək kürsüyə çıxaraq konstitusiyasında yazılmış and mətnini türkcə oxuyacaqlar. Hər bir millət vəkilinin and içməsi ən azı 1 dəqiqə davam edərsə, fasilə verilməsə belə bu mərasimin 10 saatdan çox davam edəcəyi gözlənilir. Millət vəkillərinin əksəriyyətinin oruc tutduqları nəzərə alınarsa iftar fasiləsi ilə birlikdə and içmə mərasiminin gecənin yarısına qədər davam edəcəyini güman etmək olar.
Uzun iş günü səbəbindən ən gənc 6 millət vəkili müvəqqəti katib statusu ilə Dəniz Baykala yardımçı olacaq və növbə ilə kürsüyə çıxacaq millət vəkillərinin adlarını oxuyacaqlar. Müvəqqəti spiker Baykala yardımçı olacaq müvəqqəti katiblər bunlardır: HDP-dən Tuba Hezer 1989, AKP-dən Fatma Qayə Gülər 1988, HDP-dən Dilek öcalan 1987, AKP-dən Əbdürrəhim Boynukalın 1987, HDP-dən Enise Güneyli 1986, AKP-dən Sena Nur çelik 1986-ci il təvəllüdlü.
And içmə mərasimindən sonra TBMM spikerliyinə namizədliyə müraciət prosesi üçün məclisin fəaliyyətinə 5 gün fasilə veriləcək. Bu müddətdən sonra spikerlik üçün seçkinin ilk turu keçiriləcək.
Millət vəkillərinin and içmə günü TBMM-dəki otaqlarından istifadə edə bilmələri üçün ötən gün parlamentsə partiya qruplarının nümayəndələrinin müşayiəti ilə püşk atma başlayıb.