XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2015 - 13:38

NATO-nun baş katibi Rusiyaya çağırış etdi

“Rusiya separatçılara təlim keçməyi və silahlandırmağı davam etdirir”

Картинки по запросу yens stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq bu gün bildirib ki, Rusiya Şərqi Ukraynadakı separatçılara təlim verməyi və onları silahlandırmağı davam etdirir. O, Moskvanı atəşkəs barədə razılaşmaya əməl etməyə və münaqişəyə qatılmaqdan tam imtinaya çağırıb.

Strateq.az Rusiya KİV-ə isnadən xəbər verir ki, Rusiya tanklarının bu günlərdə Ukrayna sərhədini keçməsi barədə Amerika diplomatının replikası haqqında suala cavab olaraq Stoltenberq deyib: “Biz əvvəlki kimi rusların burada mövcudluğunu və Şərqi Ukraynadakı separatçılara güclü dəstəyini görürük. Biz silah verilməsini, hərbi heyət və təlim görürük. Ona görə də Rusiya hələ də Şərqi Ukraynada var. Buna görə də Rusiyanı Şərqi Ukraynadan çıxmağa və Minsk razılaşmasına əməl etməyə çağırırıq”.

Bununla belə, Rusiya Stavropol vilayətində aviasiya və HHM sistemindən istifadə ilə hərbi təlimlərə başlayıb. Nazirliyin məlumatında deyilir ki, təlimlərdə 100-ə yaxın hərbçi və 20 modernləşdirilmiş Su-25 SM iştirak edəcək.