XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 06:01

ABŞ yeni “soyuq müharibə”yə hazırlaşır

pentagon700.jpg

ABŞ müdafiə naziri Eşton Karter Vaşinqton-Moskva münasibətlərinin perpspektivi, prezident Obama administrasiyasının mövqeyi ilə bağlı çox maraqlı açıqlamalar verib. Avropa ölkələrinə səfərə çıxan E.Karter təyyarədə jurnalistlərlə söhbətində onların suallarını cavablandırıb. O Rusiya ilə qarşıdurmanın uzunmüddətli ola biləcəyini düşündüyünü açıqlayıb: “Biz gözləmirik ki, Pusiyanın siyasi kursu prezident Vladimir Putinin zamanında və hətta ondan sonra da dəyişsin”.

ABŞ müdafiə naziri Rusiyanın öz xarici siyasət kursunu dəyişəcəyinə ümid etmək istədiyini, amma bunun reallaşacağına inanmadığını açıqlayıb.

E.Karter Rusiya prezidentinin Moskvanın öz nüvə potensialını gücləndirmək niyyətləri ilə bağlı açıqlamasına da münasibət bildirib: “ Vladimir Putinin bunu bəyan etməsinə ehtiyac yox idi. Mən doğurdan da sizə onun niyə bu mövqedən çıxış etməsini izah edə bilmərəm. Amma mənə elə gəlir ki, bu mövqe yersizdir”.

Pentaqon rəhbəri bildirib ki, Avropadakı müttəfiqlərdən yeni təhdidlər barədə, düşünməyi, yeni texnika, “soyuq müharibə” ssenarilərini gün üzünə çıxarmaq barədə fikirləşmələrinə sövq edəcək. Bütün bünlar isə yeni təhdidlərə qarşı necə mübarizə aparılması yollarının müəyyənləşdirilməsi üçün lazımdır.

ABŞ müdafiə naziri Almaniyaya və Estoniyaya səfər edəcək. Daha sonra Brüsseldə NATO müdafiə nazirlərinin toplantısına qatılacaq.

Strateq.az