XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 21:31

NATO-nun Türkiyə ilə bağlı xüsusi planı –Baş katib açıqladı

nato

NATO-nun Baş katibi Yens Stoltenberq Alyansın Türkiyə ilə bağlı xüsusi planları olduğunu açıqlayıb.

NATO Müdafiə nazirləri toplantısı ilə bağlı jurnalistlərin suallarını cavablandıran baş katib Türkiyənin müdafiəsi üçün hər şey edəcəklərini deyib:

“Türkiyə üçün fərqli təhlükəsizlik tədbirləri görürük. “Avaks”ların müşahidə uçuşları, İspaniya patriot batareyaları, Aralıq dənizinin şərqində NATO gəmiləri və İtaliya hava hücumundan müdafiə sistemləri bu tədbirlərin bir hissəsidir. Bu, NATO-nun Türkiyəyə olan həmrəyliyini göstərir”.

NATO Varşava Zirvəsinə bir neçə həftə qaldığını xatırladan Stoltenberq əsas təhlükənin şərqdən və cənubdan gəldiyini deyib:

“Ölkələrimiz şərqdən və cənubdan misli-bərabəri görünməmiş təhlükəsizlik problemləri yaşayır. Varşava Zirvəsində hər istiqamətdən təhdidə qarşı tədbirlər barədə qərarlar veriləcək. Ayrıca, kiçik qruplardan ibarət briqadalar Latviya, Litva, Estoniya və Polşaya göndəriləcək”.

Axar.az