XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 İyun 2016 - 23:18

Fransada nümayişçilərlə polis arasında toqquşma –11 yaralı var

fransa-mitinq-toqqusma

Futbol üzrə Avropa çempionatının keçirildiyi Fransa bu günlərdə daha çox nümayiş və tətil xəbərləri ilə anılır.

Ölkədə Əmək məcəlləsinə edilən dəyişiklilərə etiraz edənlərlə polis arasında çıxan toqquşmada 11 nəfər yaralanıb, 15 şəxs isə həbs edilib. Paytaxt Parisdə italiya meydanına yığılan nümayişçilərin yürüşü zamanı polslə toqquşa yaranıb. Nümayişçilər daha sonra Fransa Millət Məclisinin binasının olduğu Əllilər meydanına yürüyüblər.

Qeyd edək ki, yeni qanuna etiraz dalğası ölkənin hər yerini bürüyüb. 

Bu gün Fransanın 4-cü ən böyük şəhəri sayılan Tuluzada böyük etiraz aksiyası həyata keçirilib.

San-Siprien meydanında başlayan yürüş 5 saat çəkib. Polsi nümayişçilərin Tuluzanın Kapitol meydanına yığışmasına izn verməyib. Lion şəhərində 5 min nümayişçi Jan Mas meydanında toplanıb və hökumətə etiraz edib. 

Qeyd edək ki, nümayişlər və tətillər ölkənin nəqliyyat və təmizlik sektorunu da vurub. 

Təmizlik işçilərinin tətili səbəbindən Lion şəhərində zibil qalaqlarının yarandığı bildirilir. Fransa Dəmiryol İdarəsindən verilən məlumata görə isə ölkədə 10 sürətli qatardan biri, şəhər içi və şəhərlərarası qatarların üçdə biri işləməyəcək.

Franasnın əsas hava şirkəti Air France-dan gələn xəbərə görə isə beş uçuşdan biri gerçəkləşməyəcək. 

Şirkətdən verilən açıqlamada işçilərin 27 faizinin tətil edəcəyi bildirilir.

Onu da bildirək ki, hökumətin qanunda etmək istədiyi dəyişikliklərə görə Fransada maksimum iş saatı 10 saatdan 12 saata çıxarılacağı, əmək müqavilələrində dəyişiklik etmək istəyənlərin işdən çıxarıla biləcəyi, yarımştat çalışanların həftəlik 24 saat olan minimum iş müddətinin daha da düşürüləcəyi, iş saatlarından artıq çalışanlara daha az maaş ödənilə biləcəyi nəzərdə tutulur.

Musavat.com

Musavat.com