XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 08:18

Xameneyi ABŞ-ı hədələdi:“Nüvə sazişini odda yandıraram”

xamneyi

“ABŞ-ın növbəti prezidenti ötən il dünya gücləri ilə imzalanmış nüvə sazişini cırarsa, İran bu sənədi odda yandırar”.

Strateq.az bildirir ki, bu sözləri İranın Ali dini lideri Əli Xameneyi bildirib. İyunun 14-də Xameneyinin rəsmi saytında dərc olunmuş bu sözlərin Donald Trampa ünvanlandığı görünür. Republikaçılardan prezidentliyə potensial namizəd olan Tramp nüvə sazişini “katastrofik” adlandırıb və ona yenidən baxacağını bildirib.

Xameneyi həmçinin Birləşmiş Ştatları bank və sığorta sektorunda sanksiyaları qaldırmağı yubatmaqda ittiham edib: “Amerikalılar öhdəliklərinin vacib hissəsini yerinə yetirməyiblər”.

İrana qarşı iqtisadi sanksiyalar yanvarda qaldırılıb. Ancaq ABŞ-ın qadağalarını pozmaqdan qorxan banklar hələ də əməkdaşlığa getmirlər.