XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 07:57

Təkrar olunan tarix: İpək yolu –Təhlil

çin: “Türkiyə bu layihədə açar rolunu oynayacaq”

Venetsiya səyyahı Marko Polonun Böyük İpək Yolunda uzun illər sürən macəraları XIII əsrin ən əfsanəvi tarixçələrindən biridir. Marko Polonun həmin dövrdə İpək Yolunu əvvəldən axıra qədər necə keçdiyi və çinə yetişməsinə bu gün bədgümanlıqla yanaşmaq mümkündür. İllət burasındadır ki, bir neçə min kilometr uzunluğunda yol çətin dəf ediləcək səhra və dağlıq ərazilərlə doludur. Söhbət hava şəraitindən asılı olaraq müxtəlif marşrutlara əməl edilməsi lazım gələn və bələdçisiz irəliləməyin mümkünsüz olduğu çətin yoldan gedir. Buna görə də İpək Yolu təkcə uzun karvanlarla deyil, həm də bir bölgədən başqasına keçdikcə ticarət aparıldığı sonu görünməyən bir yolla səsləşir.

Digər tərəfdən, bu məşhur ticarət marşrutu bu gün ən görkəmli kürəsəl təşəbbüslərdən birinə ad verib. O, keçmiş zamanlarla müqayisə olunmayacaq nəhəng inteqrasiya məkanının – “İpək Yolunun iqtiasdi zolağı”nın təminatına hədəflənib.

Tarixi yolu bu gün dirçəltməyə cəhd edən çin Avrasiyaya şirin xəyal kimi görünən layihədə liderliyi öz üzərinə götürüb. çinin ilk dəfə 2013-cü ildə səsləndirdiyi arzu digər ölkələrin, o cümlədən Türkiyənin də gündəminə çıxardılıb. Rəcəb Ərdoğan bir neçə il öncə baş nazir olarkən çin biznesmenlərinin ünvanına bildiriş etdi: “Biz tarixi İpək Yolunu İpək Dəmiryoluna çevirəcəyik”.

Bu sözlər bir tərəfdən Osmanlı imperiyası ilə Orta Asiyanın mövcud olmuş əlaqələrini yada salır, digər tərəfdən isə ticarətdən tutmuş yatırımlara qədər geniş bir iqtisadi perspektiv çızırdı.

Azərbaycanla birlikdə start verdiyimiz TANAP layihəsi “energetik İpək Yolu” kimi müəyyən edilmiş addım idi. Hətta, məsələn, 2009-cu ildə formalaşmış Türk Gənəşi (və yaxud Türk şurası) kimi təşəbbüslər yeni İpək Yolunun təməlini qoymağa imkan verən kooperasiya nümunələrindən biri oldu.

Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, İpək Yolu hansısa bir dövrdə Rusiyadan Qazaxıstana qədər Avrasiyada müxtəlif qüvvələrin dilindən düşməyən bir layihə idi. Lakin çin onu tamamilə ələ keçirtdi və bu günə qədər təqdim edilmiş mənzərələrin içində ən gözəlini təsvir etməklə xeyli irəliləyiş etdi.

Bir zolaq – bir yol

çinin “iqtisadi zolağı” ilkin mərhələdə baza infrastrukturları yaratmaq yolu ilə layihə iştirakçıları arasında əlaqələri möhkəmlədəcək. çinin “enerji yolu” kimi yanaşdığı keçmiş sovet respublikaları təbii ehtiyatlar xəzinəsi qismində ruh yüksəkliyi doğurur. Layihə bu ölkələrin bir tərəfdən zəruri yatırımlara çıxışını asanlşadıran, digər tərəfdən öz bölgələrindən kənara çıxmağa imkan verən əzəmətli marşrut təklif edir.

İpək Yolunun ABŞ-a qarşı çin-Rusiya yaxınlaşmasında oynadığı roldan artıq əvvəllər danışmışdıq. ölkələr cəmi bir ay əvvəl Avrasiya iqtisadi birliyi və İpək Yolunun iqtisadi zolağı çərçivəsində əməkdaşlıq haqda saziş imzaladı.

Digər tərəfdən, çin layihəsi təkcə “quru yolu” ilə kifayətlənmir. Biznes həmçinin Güney çin dənizindən çıxıb Hind okeanı, Qırmızı və Aralıq dənizlərini keçərək Venetsiyada başa çatan dəniz bölməsinə də malikdir. Diqqətini həm də “Dəniz üzrə İpək Yolu”na (Maritime Silk Road) cəmləmiş çin bu qayda ilə “Bir zolaq – bir yol” (One Belt, One Road) və yaxud ixtisarla OBOR şüarı altında irəli doğru kompleks hərəkətə başlayıb.

çin bir neçə gün əvvəl Güney Asiya ölkələri üçün təşkil edilmiş sərgidə bölgənin iş adamlarının OBOR-la bağlı ruh yüksəkliyinə növbəti dəfə dəstək verdi. çin son zamanlar Orta Asiya ölkələri ilə təmasları artırıb. Bundan başqa, İpək Yolunun son duracağı kimi Avropanın da diqqəti layihəyə cəmlənib… Macarıstan iki həftə öncə bu layihəyə qoşulmaq niyyətini bildirən ilk AB ölkəsi oldu.

Avropadan söz düşmüşkən yada salaq ki, Böyük Britaniyanın ardınca Avropanın bir çox ölkələrinin üzv olmaq istədiyi Asiya infrastruktur yatırımları Bankı (АБИИ) İpək Yoluna dəstək verəcək. Bu qayda ilə qeyd etmək lazımdır ki, OBOR təkcə yatırım və energetika inteqrasiysından başqa maliyyə birliyinə də yönəlib.

Bütün yollar Türkiyəyə aparır

Əslində, çinin həyata keçirtmək niyyətində olduğu və birinci növbədə Amerika hegemoniyasına qarşı olan inteqrasiya layihəsi irəli doğru vüsətli addımlar atmaqdadır. İpək Yolu planı quruda başlanğıcını çindən götürəcək, sonra isə Orta Asiya, İran və Türkiyədən keçib Avropaya çıxacaq və Venetsiyada Marko Polonun dəniz marşrutu ilə kəsişəcək.

Türkiyənin son illərdə qeyd etdiyi kimi, İpək Yolu sayəsində bütün yollar bizim ölkəyə gətirəcək. çin artıq bəyan edib ki, Türkiyə bu layihədə açar rolunu oynayacaq. Yaddan çıxartmayaq ki, biz də bu yaxınlarda АBİİ-yə qoşulmuşuq. Bununla bağlı bu yöndə artıq başlanmış işlər həlledici əhəmiyyət kəsb edir.

Beləliklə, Şərqlə Qərb birləşməyə və gələcək üçün qüvvə toplamağa can atır. Bu qovuşmada biz də iştirak etməliyik. Əlbəttə, dünyaya inteqrasiya olunmaqdan ötrü hər şeydən öncə daxili birliyi təmin etmək lazımdır. Və son bir neçə həftə ərzində danışdığımız mövzuya yenidən qayıdırıq: hər şey bizim gələcək hökumətimizin ixtiyarındadır.

Xədicə Qaraxan

“Yeni Safak” (Türkiyə), 22.06.2015