XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 11:47

Dörd ölkənin vətəndaşlarına Özbəkistanagiriş qadağan olundu

ozbekistan

Özbəkistan hökuməti Qırğızıstan, Tacikistan, Qazaxıstan və Türkmənistan vətəndaşlarının və nəqliyyat vasitələrinin ölkəyə daxil olmasını müvəqqəti məhdudlaşdırıb.

Virtualaz.org “AKİPress”ə istinadən bildirir ki, məlumatı Özbəkistanın Dövlət Sərhəd Xidməti verib.

Qadağa iyunun 15-dən 25-nə kimi qüvvədə olacaq. Bununla birgə, Oş vilayətinin Qara-Suuy rayonunun Barak eksklavının sakinləri üçün Qırğızıstan-Özbəkistan sərhədi əvvəlkitək şəffaf olacaq.

Qoyulmuş məhdudiyyətin səbəbləri açıqlanmır. Güman edilir ki, bu iyunun 23-24-də Daşkənddə keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının sammiti ilə əlaqədardır.

İyunun 16-dan etibarən Özbəkistanın öz əyalətlərinin sakinləri üçün də Daşkəndə giriş qadağan ediləcək.