XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 16:03

İranın 200 milyard dollaraehtiyacı var

“İranın neft və qaz sənayesini inkişaf etdirmək üçün xarici investisiyalara ehtiyac var”.

Bunu İranın neft naziri Bijən Namdar Zəngənə bildirib. O qeyd edib ki, hökumətin xarici investisiyadan istifadə etməkdə məqsədi neft və qaz yataqlarının inkişafı, yeni texnologiyanın gətirilməsi və məşğulluğun artırılmasıdır.

Nazir qeyd edib ki, “Beş illik İnkişaf Planı”nın məqsədlərinə nail olmaq üçün İranın 200 mlrd. dollar investisiyaya ehtiyac var və bu vəsaitin də 130 mlrd. dolları hasilata sərf olunmalıdır.

B.N.Zəngənə deyib ki, Neft Nazirliyinin ehtiyacı olan maliyyənin böyük hissəsi isə xarici sərmayədarlar tərəfindən təmin olunmalıdır. (report)