Özbəkistan rəsmiləri qonşu Tacikistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstandan vətəndaşların və nəqliyyat vasitələrinin ölkəyə girişini müvəqqəti olaraq məhdudlaşdırıb.
BBC xəbər verir ki, Özbəkistan Dövlət Sərhəd Xidmətindən məhdudiyyətin iyunun 25-dək qüvvədə qalacağını bildiriblər.
Qırğızıstanda güman edirlər ki, Özbəkistana giriş məhdudiyyəti iyunun 23-24-də Daşkənddə keçirilməsi nəzərdə tutulan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitilə bağlı ola bilər. Özbəkistan Daxili İşlər Nazirliyi isə məhdudiyyətin sammitlə bağlı olmadığını bildirib.