XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

15 İyun 2016 - 17:12

Berluskoni reanimasiyayayerləşdirildi

Milandakı xəstəxanalardan birində ürəyindən əməliyyat olunan İtaliyanın sabiq baş naziri Silvio Berluskoni reanimasiya şöbəsinə yerləşdirilib.

BBC xəstəxanadan yayılan məlumata istinadən bildirir ki, ürək klapanının dəyişdirilməsi əməliyyatı 4 saat çəkib və əməliyyatın gedişində ağırlaşma müşahidə olunmayıb.

Berluskoni intensiv terapiya palatasına bir neçə gün qaldıqdan sonra adi palataya köçürüləcək.

Berluskoni İtaliyanın ən zəngin şəxslərindən sayılır. O, bir neçə bankın, media qurumunun və "A.C. Milan" futbol klubunun sahibidir.