XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 08:01

İran Amerikanı məhkəməyəverib

ruhani-22

İran dondurulmuş sərvətinin bərpasından ötrü Birləşmiş Ştatları Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) verib. Haaqadakı BMT məhkəməsi iyunun 15-də deyib ki, iddia bir gün öncə verilib.

Prezident Həsən Ruhani dövlət televiziyasında elan edib ki, hökumət mərkəzi bankın 2 milyard dollarlıq sərvətinin müsadirəsi və oğurlanmasından şikayət verib.

Bu məsələnin həmin məhkəmənin yurisdiksiyasında olub-olmaması bəlli deyil.

ABŞ Ali Məhkəməsinin apreldə çıxardığı qərara görə, dondurulmuş sərvət İranın günahlandırıldığı hücum qurbanlarına veriləcək. Həmin hücumlardan biri 1983-cü ildə Beyrutda ABŞ Dəniz Korpusunun bombalanmasıdır. Tehran bu hücumlarda əli olmadığını bildirir.