XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 09:48

Fondun pulunu özü üçün xərcləyən Tokio qubernatoruistefa verib

Yaponiyanın paytaxt parlamenti iyunun 15-də günortadan sonra Tokionun qubernatoru Yoiçi Masudzoenin istefasını qəbul edib.

Tokio paytaxt dairəsinin qubernatoru siyasi fondundakı vəsaiti şəxsi məqsədlər üçün istifadə ediyinə görə son bir neçə həftə ərzində kəskin tənqidə məruz qalıb və istefa ərizəsi verməyə məcbur olub.

Y.Masudzoe istefa barədə ərizəni Tokio parlamentinin sədrinə iyunun 15-də səhər saatlarında təqdim edib. Onun iyunun 21-də tutduğu vəzifəni tərk edəcəyi gözlənilir.

Tokio parlamentindəki iqtidardan və müxalifətdən olan yeddi qrup iyunun 15-də günün ikinci yarısı Y.Masudzoeyə etimadsızlıq göstərilməsi məsələsini müzakirəyə çıxarmağa hazırlaşırdı.

İyunun 13-də Y.Masudzoe parlamentin üzvlərinin suallarını cavablandırmışdı. Deputatların vəzifədən sui-istifadə halları ilə bağlı sullara qubernatorun ətraflı cavab verməsini tələb etmələrinə baxmayraq, o, bir çox hallarda tam cavab verməkdən yayınmışdı.

Tokio Seçki Komissiyasının yaxın zamanlarda paytaxt dairəsinin yeni qubernatorunun seçkilərini elan edəcəyi gözlənilir. Seçkilərin iyulun sonu, avqustun əvvəllərinə təyin olunacağı bildirilir.