XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 12:23

Kerri Əsədi ittiham etdi,Rusiya dərhal atəşkəs qərarı verdi

Suriyanın Hələb şəhərində Rusiyanın təşəbbüsü ilə 48 saatlıq atəşkəs elan olunub. Qərar bu gecədən etibarən qüvvəyə minib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qərara əsasən, Hələb ərazisində döyüşlər, həmçinin istənilən növ silahdan istifadə tam dayandırılır. Atəşkəs qərarı ABŞ dövlət katibi Con Kerrinin Suriya hökumətini ittiham edən bəyanatından bir neçə saat sonra qəbul olunub.

Kerri Suriya ərazisində döyüşlərin intensivliyinin azaldığı halda, Əsəd qüvvələrinin Hələbdə hələ də gərginliyi davam etdirdiyini bildirmişdi.

Qeyd edək ki, təkcə son 2 gündə Hələbdə 70-ə yaxın insan həyatını itirib.