XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 İyun 2015 - 11:50

Rusiya sanksiyalara kəskin cavab verəcək – Kremlin mətbuat xidməti danışdı

“Moskva Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını uzatmasını əsassız və qanuna zidd adlandırıb. Rusiya qarşılıqlı münasibət prinsipindən çıxış edəcək”.

Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Mətbuat katibi Moskvanın sanksiya siyasətinin təşəbbüsçüsü olmadığını qeyd etsə də, bu halda qarşılıqlı münasibət prinsipi əsasında çıxış edəcəyini deyib.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti uzadıb. üzv ölkələrin nümayəndələri sanksiyalar 2016-cı il dekabrın 31-dək uzadılması haqqında qərar veriblər.

Lüksemburqda xarici işlər nazirləri isə bu gün bu barədə qərarı dəstəkləyiblər.

Aİ ötən ilin avqust ayında Rusiyaya qarşı iqtisadi sanksiyalar qəbul ediblər. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikilitəyinatlı texnologiya malların idxal-ixracına embarqo tədbiq edilib.