XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

16 İyun 2016 - 14:51

Venesuelada “acların üsyanı”: Əhali magazalara hücum edir,polislə toqquşmalarda ölənlər var (FOTOLAR)

Neft qiymətlərinin ucuzlaşmasından sonra ciddi böhranla üzləşən Venesuelada aclıq və səfalət başlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin bəzi şəhərlərində insanlar mağazalara hücum edərək ərzaq oğurlayırlar.

«Reuters» agentliyinin məlumatına görə, artıq polislər 400 nəfəri həbs ediblər. İnsanlar yeməyə heç nələrinin olmadığını, oğurluğa məcbur qaldıqlarını bildirirlər.

Bəzi şəhərlərdə polislə etirazçı kütlə arasında qarşıdurmalar yaşanıb. Sukre ştatının Kumane şəhərində qarşıdurma zamanı həyatını itirənlər də olub.

Hökumət polisin əmrinə tabe olmayan nümayişçilərə odlu silahdan atəş açmağa icazə verib.